AZ

Yamal "Barselona"nın tarixinə düşdü: İnanılmaz rekord

"Barselona"nın hücumçusu Lamin Yamal Kataloniya klubununun tarixinə düşüb.

Publika.az xəbər verir ki, o, buna 100-cü oyununu keçirməklə nail olub. UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində keçirilən "İnter"lə qarşılaşma (3:3) zamanı 17 yaş 291 günlük olan Yamal "Barsa" forması ilə bu sayda oyun keçirən ən gənc futbolçu olub.

Bundan əvvəl rekord yarımmüdafiəçi Qaviyə (19 yaş 29 günlük) məxsus idi.

Qeyd edək ki, Lamin "Barselona"nın heyətində 22 qol vurub və 33 məhsuldar ötürmə edib.

Seçilən
0
publika.az

1Mənbələr