AZ

"Müharibəni Nikol təhrik etdi" -Erməni politoloq

Ermənistan parlamentinin keçmiş deputatı, politoloq Ruben Akopyan ölkə rəhbərliyini sərt şəkildə tənqid edib. "Mamul" nəşrinin yaydığı məlumata görə, o, baş nazir Nikol Paşinyanı Ermənistanı uçuruma yuvarlamasından gileylənib. Politoloq deyib: “Bəli, məhz Nikol Paşinyan müharibəni təhrik etdi”.

Siyasi şərhi xatırladıb ki, son günlər iqtidarın təbliğat maşını ikinci prezident, hərbi cani Robert Koçaryanın “müharibəni biz qızışdırdıq” ifadəsini hədəfə alaraq əlində bayraq tutub: "İqtidar komandası bu fikrə öz üslubunda hər cür qiymət və yozumlar verir... Bəli, mən də dəfələrlə, müxtəlif yerlərdə demişəm ki, müharibəni indiki baş nazir adlandıran şəxs törədib! O, avqustun 19-da Xankəndi meydanında minlərlə Qarabağ ermənisinin hüzurunda insanların emosiyalarından öz məqsədləri üçün istifadə etmək vərdişi ilə belə dedi: “Qarabağ Ermənistandır və nöqtə”. Baş nazir bunu deyəndə, o an yəqin ki, başa düşmürdü ki,  bu bəyanatı ilə düşmənə müharibəyə başlamaq üçün yaşıl işıq yandırmış oldu. Bu müharibə az sonra baş verdi. Diplomatiyamız tarixində heç bir səviyyədə bu qədər cahillik nümayiş etdirməyə imkan verməmişdi. Təbii ki, bir neçə gün ərzində düşmən bütün mövcud beynəlxalq platformalarda Ermənistanın birinci şəxsinin Azərbaycana qarşı açıq şəkildə ərazi iddiaları irəli sürməsi ilə bağlı bəyanatlarını göstərdi. Bu, düşmənin müharibə aparması üçün hüquqi baza yaratdı".

Tural

Seçilən
0
news365.az

1Mənbələr