AZ

AİHM-nin hakimi: Azərbaycanda olan insan hüquqları beynəlxalq müqavilələr əsasında təsbit edilir

Konstitusiya dövlətin siyasi-hüquqi portretidir.

"Report” xəbər verir ki, bunu Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov “Konstitusiya - dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında mühüm hüquqi bazadır” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, konstitusiya alinqanun kimi xarakterizə edilməlidir:

"Bunun içində çox mesajlar var. Beynəlxalq birliyə qoşulan dövlət üçün konstitusiya bəyanamədir. Həm də beynəlxalq aləmə göndərilən mesajlardır. Hakimiyyət Azərbaycanda dövlətə və xalqa məxsusdur. Azərbaycan Konstitusiyanın yaradılması Sovet rejimindən ayrılmaq demək idi. Azərbaycan 1995-ci ildə beynəlxalq birliyə göstərdi ki, öz konsititusiyası var və bütün dövlətlərlə əməkdaşlıq etməyə hazırdır. Azərbaycanda olan insan hüquqları beynəlxalq müqavilələr əsasında təsbit edilir".

Seçilən
0
report.az

1Mənbələr