AZ

BVF 2025-2030-cu illərdə Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını açıqlayıb

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondu 2025-2030-cu illər ərzində Azərbaycandaneft hasilatının sabit səviyyədə qalacağını gözləyir.

Trend xəbər verirki, BVF-nin apreldə çıxan proqnozlarına əsasən, ölkədə nefthasilatı 2025 və 2026-cı illərdə günə 0,6 milyon barel təşkiledəcək. 2030-cu ilə qədər isə bu göstərici günə 0,6 milyon bareləqədər azalacaq.

Qeyd edək ki, Azərbaycanın Energetika Nazirliyinin məlumatınagörə, 2024-cü ildə ölkədə neft və kondensat hasilatı 29,1 milyonton təşkil edib.

"Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının payına 16,8 milyon ton,"Şahdəniz"in payına 4,2 milyon ton, "Abşeron"un payına isə 0,6milyon ton düşüb. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindənisə 7,5 milyon ton həcmində hasilat təmin edilib.

Bundan əlavə, 2024-cü ildə Azərbaycanda 50,3 milyard kubmetrtəbii qaz hasil edilib ki, bu da əvvəlki illə müqayisədə 2 milyardkubmetr çoxdur. Bu həcmin 13,3 milyard kubmetri AÇG, 27,8 milyardkubmetri "Şahdəniz", 1,5 milyard kubmetri "Abşeron", 7,7 milyardkubmetri isə SOCAR tərəfindən həyata keçirilən hasilatın payınadüşür.

Seçilən
0
az.trend.az

1Mənbələr