"Mançester Siti" PSJ U23-dən 18 yaşlı hücumçu Mahamadou Sanqare ilə müqavilə imzalayıb.
Futbolçu İngiltərə klubuna azad agent kimi keçəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fabrizio Romano məlumat yayıb.
Artıq tərəflər arasında şifahi razılıq əldə olunub və gənc futbolçu tibbi müayinədən uğurla keçib.
Sanqare bu mövsüm 11 oyun keçirib, 10 qol vurub və 2 məhsuldar ötürmə edib.