AZ

AZPROMO ilə Birləşmiş Krallığın İxrac Kredit Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Birləşmiş Krallığın İxrac Kredit Agentliyi (UKEF) arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Bu barədə İqtisadiyyat Nazirinin birinci müavini Elnur Əliyev “X” sosial şəbəkə hesabında yazıb.

Sənəd Londonda keçirilən Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası çərçivəsində imzalanıb.

Nazirin birinci müavini qeyd edib ki, sənədin icrası işgüzar əlaqələrin gücləndirilməsi, böyük investisiya layihələrinin dəstəklənməsi kimi istiqamətlərdə birgə fəaliyyəti stimullaşdıracaq.

Bildirilib ki, Komissiyanın iclasında iqtisadi-ticari, enerji və digər sahələrdə tərəfdaşlığın inkişafı məsələləri müzakirə edilib, sonda yekun Protokol imzalanıb.

Seçilən
0
vergiler.az

1Mənbələr