AZ

İrəvanla kilsə arasında gərginlik pik həddə: Romaya uçan təyyarədə II Qareginə yer verilmədi

BAKI, 1 may. TELEQRAF

Sosial şəbəkələrdə bütün ermənilərin katolikosu II Qareginin Roma Papası Fransiskin dəfn mərasimi üçün Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın təyyarəsi ilə Vatikana getməsi barədə yayılan məlumatlar yalandır.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın katolikosunun mətbuat xidməti məlumat yayıb.

“Katolikos onu müşayiət edən nümayəndə heyəti ilə birlikdə aprelin 25-də müntəzəm reyslə Romaya uçub”, - məlumatda deyilir.

Ermənistan mətbuatına görə, baş verənlər erməni kilsəsi ilə hökumət arasındakı gərginliyin pik həddə çatdığını göstərir. Erməni mənbələrinə görə, gərginlik o həddə çatıb ki, Ermənistan hökuməti prezidentin təyyarəsində ölkənin baş keşişinə yer belə vermək istəməyib.

Kilsə ilə hökumət arasındakı münasibətlər 44 günlük müharibədən sonra qırılıb.

Xatırladaq ki, 88 yaşında vəfat edən Papa Fransisk aprelin 26-da Vatikanda Müqəddəs Məryəm Major Bazilikasında dəfn edilib.

Seçilən
0
2
teleqraf.com

3Mənbələr