AZ

Türkiyədə 15 məhəllə karantinə ALINDI

Balıkəsirdə Gönen İlçe Kənd Təsərrüfatı və Meşə Müdirliyi qrupları tərəfindən Ulukır Məhəlləsində aparılan yoxlamalar zamanı iribuynuzlu mal-qarada dabaq xəstəliyi aşkarlanıb.

News24.az xəbər verir ki, xəstəliyin yayılmasının qarşısını almaq üçün 15 məhəllə karantinə alınıb.

Karantin çərçivəsində bu məhəllələrə heyvanların giriş-çıxışı qadağan edilib, bölgədə bütün heyvanların hərəkəti dayandırılıb. 

Eyni zamanda, Gönen Rayon Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Müdirliyi vətəndaşlardan xəstəliyə qarşı görülən tədbirlərə əməl etmələrini istəyərkən, karantin qaydalarını pozanlara qarşı inzibati cərimələr tətbiq ediləcəyi bildirilib.

Günel Məliikzadə

Seçilən
0
news24.az

1Mənbələr