AZ

Nazir müavini: Konstitusiyamızda təsbit olunan sosial-iqtisadi hüquqları gündəlik həyatımızda da hiss etməliyik

BAKI, 1 may. TELEQRAF

"Konstitusiyamızda təsbit olunan sosial-iqtisadi hüquqları gündəlik həyatımızda da hiss etməliyik".

Teleqraf xəbər verir ki, bunu maliyyə nazirinin birinci müavini Anar Kərimov “Konstitusiya - dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında mühüm hüquqi bazadır” adlı beynəlxalq konfransda deyib.

O bildirib ki, bu məsələdə əsas lokomotiv gənclərdir:

"30 il işğal altında olan torpaqlarımızı işğaldan azad etdik. Həmçinin konstitusiyada təsbit olunan ana fikirlər inkişafımıza səbəb oldu. Bundan başqa, biz beynəlxalq konvensiyalara qoşulmuşuq ki, orada da gender bərabərliyi və s. məsələlər əks olunub".

Seçilən
0
teleqraf.com

1Mənbələr