AZ

İsrail Azərbaycandan da kömək istəyib

İsrail Qüdsün qərbində baş verən genişmiqyaslı meşə yanğınlarının söndürülməsi üçün Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdən beynəlxalq yardım istəyib.

Vətəninfo.az xəbər verir ki, bu barədə “Times of İsrael” məlumat yayıb.

İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, son saatlarda Azərbaycan, Argentina, Böyük Britaniya, Yunanıstan, İspaniya, İtaliya, Kipr, Portuqaliya, Şimali Makedoniya, Fransa, Xorvatiya, Çexiya və İsveçdən olan həmkarları ilə əlaqə saxlayaraq havadan yanğınsöndürmə dəstəyi üçün müraciət edib.

Yanğınlar çərşənbə günü səhər saatlarında Qüdsün qərbində başlayıb və güclü küləyin təsiri ilə sürətlə yayılıb.

Nəticədə bir neçə yaşayış məntəqəsindən sakinlərin təxliyə olunmasına qərar verilib, bölgədəki əsas yollar müvəqqəti olaraq bağlanıb.

Hava şəraitinin kəskinləşməsi səbəbilə İsrailin Aşkelon, Beer Şeva, Modiin və digər şəhərlərində keçiriləcək Müstəqillik Günü tədbirləri ləğv olunub.

Yanğınlar nəticəsində tüstüdən zərər çəkmiş 19 nəfər tibbi yardım üçün müraciət edib, onlardan 13 nəfəri xəstəxanaya yerləşdirilib.

Daha əvvəl 12 nəfərin xəsarət aldığı bildirilmişdi.

İsrail hökuməti beynəlxalq dəstəklə yanaşı, fövqəladə xidmətlərin səfərbər olunması ilə vəziyyəti nəzarət altına almağa çalışır.

Yanğınların tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Seçilən
0
1
veteninfo.az

2Mənbələr