Türk Dövlətləri Təşkilatına üzv olan bəzi dövlətlərin Cənubi Kiprə səfir təyin etməsindən sonra Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının iclasının mayın 2-də Şimali Kiprdə keçirilməsi qərara alınıb.
Publika.az xəbər verir ki, bununla bağlıAğsaqqallar Şurasının sədriBinəli Yıldırım “Nəfəs” qəzetinə açıqlama verib.
Bildirilib ki, Türk Dövlətləri Təşkilatının üç üzvü - Qazaxıstan, Qırğızıstan, Özbəkistan və müşahidəçi üzv Türkmənistan bir-birinin ardınca Cənubi Kipr Administrasiyasına səfirlər təyin edib.
“Bu ölkələr müstəqilliklərini əldə etdikləri 90-cı illərdə Kipr Rum Administrasiyasını tanımışdılar. Onlar əvvəllər digər paytaxtlardan apardıqları diplomatik əlaqələri və konsulluq işlərini Kipr Administrasiyasında açacaqları nümayəndəliklərdən birbaşa idarə edəcəklər.
Eyni dövlətlər Şimali Kiprin Türk Dövlətləri Təşkilatı çərçivəsində müşahidəçi üzv statusunu qəbul etdilər. Bu, çox mühüm addımdır və bu dövlətlərin Türkiyə və Şimali Kipr ilə əlaqələrə verdiyi önəmin göstəricisidir”, - deyə Binəli Yıldırım bildirib.
O, həmçinin ŞKTC-yə Macarıstandan başqa bütün üzv ölkələrin nümayəndələrinin gələcəyini təsdiqləyib: