AZ

Pedri: “Həmişə “Qızıl top”u arzulamışam”

“Barselona”nın yarımmüdafiəçisi Pedri “Qızıl top”u qazanmaq şansları barədə danışıb.

Msport.az xəbər verir ki, ispaniyalı futbolçu belə bir arzusunun olduğunu gizlətməyib.

Gənc orta sahə oyunçusu “Mançester Siti”dəki həmyerlisi Rodrinin uğurundan sonra buna daha çox inanmağa başlayıb: “Rodrinin qələbəsindən sonra aydın oldu ki, yarımmüdafiəni idarə edən və oyunun tempini müəyyənləşdirən futbolçuların bu mükafatı qazanmaq şansı var. Mən həmişə “Qızıl top”u əldə etməyi arzulamışam. Amma hazırda, mövsümün bitməsinə bir ay qalmış bütün diqqətimi komandaya və “trebl” (üç titul) qazanmağa yönəltmişəm. Bu, indi ən vacib məsələdir. Bir ay sonra artıq bu mövzuları müzakirə edib-etməyəcəyimiz bəlli olacaq”.

Qeyd edək ki, İspaniya Kubokunu qazanan “Barselona” La Liqaya başçılıq edir və Çempionlar Liqasında yarımfinaldadır.

Seçilən
0
msport.az

1Mənbələr