Bakı. Trend:
İran qonşu ölkələrlə dəmiryol və sərhəd yollarınıninfrastrukturlarını bərpa etməyə və inkişaf etdirməyə çalışır.
Trend-inməlumatına görə, bunu İranın yol və şəhərsalma nazirinin müşavirivə İranın Yol və Şəhərsalma Nazirliyinin Beynəlxalq Məsələlər üzrəMərkəzinin direktoru Əmin Tərəffo yerli mediaya açıqlamasındadeyib.
Onun sözlərinə görə, ötən 6 ay ərzində İranın yol və şəhərsalmanazirinin tranzit və yükdaşımanı və qonşu ölkələrlə ikitərəfliəlaqələrin inkişaf etdirilməsi üzrə diqqət mərkəzində saxlaması iləbu sahədə böyük irəliləyişlər əldə olunub.
Tərəffo bildirib ki, bəzi maneələr, xüsusilə nəqliyyat vəyükdaşıma xərcləri sahəsində maneələr əməkdaşlıqla həll olunub.
Qeyd edək ki, cari İran ilində (21 mart 2025 -20 mart 2026) 8milyon ton yükün İranın dəmir yolları ilə beynəlxalq yüklərindaşınması (idxal, ixrac, tranzit) nəzərdə tutulub.
Əlavə edək ki, ötən İran ilində (20 mart 2023 -19 mart 2024)İranın dəmiryolu vasitəsi ilə ixrac, idxal və tranzit məqsədilə 5milyon ton yük daşınıb.