İranla Azərbaycan arasında ticarət əlaqələrinin səviyyəsi 5 milyard dollara yüksələcək.
Yenisabah.az xəbər verir ki, bunu İran-Azərbaycan parlament dostluq qrupunun rəhbəri Sədif Bədri bildirib.
Onun sözlərinə görə, bu, İran prezidenti Məsud Pezeşkian Bakıya son səfəri sayəsində mümükün olacaq.
Bədri bildirib: “Bu səfər zamanı İran tərəfdən bəzi tələblər, o cümlədən quru sərhədləri boyunca təhsil alan iranlı tələbələrin gediş-gəlişinin asanlaşdırılması və sərnişin daşımaları üçün quru sərhədin açılması qərara alındı. Azərbaycan tərəfi bu məsələni diqqətlə araşdıracaq”.
İran-Azərbaycan Parlament Dostluq Qrupunun rəhbəri qeyd edib: "Bu səfər zamanı əldə olunan digər razılığa əsasən, Tehranın İmam Xomeyni hava limanından, eləcə də Təbriz, Ərdəbil, Məşhəd və İsfahan hava limanlarından iki ölkə arasında uçuşların gücləndirilməsi hər iki tərəfin müvafiq nazirlərinin gündəliyinə salınıb".
Telegram kanalımız