Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
QOL.az xəbər verir ki, bunlar PSJ-dən Vitinya və "İnter"dən Danzel Damfrisdir.
Vitinya yarımfinalın ilk oyunları çərçivəsində "Arsenal"la matçdakı çıxışı ilə diqqət çəkib. Damfris isə "Barselona" ilə görüşdə dubl edib və 1 qolun ötürməsini verib.
Qeyd edək ki, qalib UEFA-nın saytındakı səsvermə nəticəsində müəyyənləşəcək.