AZ

“Los-Anceles Leykers” mübarizəni dayandırıb, Texas təmsilçisi seriyanı uzadıb

Bakı,1 may, AZƏRTAC

ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) pley-off mərhələsinin oyunları davam edir.

AZƏRTAC xəbər verir ki, “Hyuston Rokets” və "Qolden Steyt Uorriors" komandaları seriyanın beşinci matçında üz-üzə gəlib. Gərgin və maraqlı keçən görüş Texas təmsilçisinin 131:116 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qolden Steyt Uorriors” seriyada 3:2 hesabı ilə öndədir. Komandalar arasında altıncı görüş mayın 2-də baş tutacaq.

“Los-Anceles Leykers” isə “Minnesota”ya 96:103 hesabı ilə uduzub. Bununla da seriyada 4:1 hesabı ilə qalib gələn “Minnesota” növbəti raunda vəsiqə qazanıb.

Seçilən
0
1
azertag.az

2Mənbələr