Konstitusiya Məhkəməsi indiyə qədər 591 qərar, 172 qərardad qəbul edib.
Report” xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Bakı Dövlət Universitetində “Konstitusiya - dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında mühüm hüquqi bazadır” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O bildirib ki, məhkəmə 1998-ci ildən fəaliyyət göstərir:
"Məhkəmənin ali səlahiyyəti ədalət mühakiməsinin həyata keçirmək və Konstitusiyanın aliliyini əsas tutmaqdır".