AZ

Dövlət qurumu hərbi biletlərin çapına yarım milyondan çox - PUL SƏRF EDƏCƏK

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti açıq tender elan edir.

Lerikdə yolların təmiri ilə bağlı tender şərtlərə ilişdi - TENDER LƏĞV OLUNDU

FED.az xəbər verir ki, elanda hərbi biletlərin hazırlanması üzrə mətbəə-çap məhsullarının satın alınması nəzərdə tutulub.

Qeyd edək ki, tender çərçivəsində 130 000 ədəd əsgər və çavuşlar üçün hərbi bilet və 30 000 ədəd ehtiyatda olan zabitlər üçün hərbi bilet hazırlanacaq.

Müsabiqədə iştirak haqqı 450 manat təşkil edir.

Satınalan təşkilatın VÖEN-i: 1701344461

Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva prospekti 30.

Ehtimal olunan qiymət: 566.695,00 AZN

Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 23.05.2025 16:00

Zərflərin açılış tarixi və vaxtı: 23.05.2025 16:00

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Fərid Alıyev, Şöbənin zabiti

Email : [email protected]

Əlaqə telefonnu: Daxili-10058

Seçilən
0
fed.az

1Mənbələr