“Real”ın müdafiəçisi Antonio Rudiger karyerasını erkən bitirə bilər.
Msport.az xəbər verir ki, almaniyalı futbolçu osteoartritdən (oynaq qığırdaqlarının quruluşunun pozulmasına yol açan xəstəlik) əziyyət çəkir.
İddiaya görə, oyunçu bu mövsüm meydana ağrıkəsicilərin köməyilə çıxıb. Futbolçunun çətinliklərini klubun həkimləri də yaxşı bilir. Ançelotti hətta rəhbərlikdən müdafiəçiyə tez bir zamanda əvəzedici tapmağı xahiş edib.
Lakin onun bu istəyinə hələ də heç kim cavab verməyib. İtaliyalı mütəxəssisi məyus edən səbəblərdən birinin də bu olduğu bildirilir.