AZ

Milli Məclis Kamran Əliyevin Baş prokuror təyinatına razılıq verdi –1 deputat bitərəf qaldı

Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror təyin olunmasına razılıq verib.

Teleqraf-ın xəbərinə görə, parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələ müzakirə olunub.

Müzakirələrdən sonra məsələ səsə qoyulub. Deputatlardan 111 nəfər K.Əliyevin yenidən Baş prokuror təyin olunmasının lehinə səs verib. Əleyhinə olmayıb. Bir deputat bitərəf qalıb. Beləliklə məsələ qəbul olunub.

Qeyd edək ki, ölkə Konstitusiyasının 133-cü maddəsinə görə, Baş prokuroru Prezident Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir.

Seçilən
0
azpost.info

1Mənbələr