AZ

Üç çağırış bu və ya digər formada Azərbaycana təsir göstərəcək - BMTM sədri

Bakı. Trend:

Konstitusiyamız digər ölkələr baxsaq, konservativ bir sənəddir.Digər tərəfdən dövlətlər inkişaf edir, konstitusiyalar da dəyişir.Hərdən bir yeni konstitusiyalar qəbul edilir, dəyişikliklər başverir. Bizdə konstitusiya sənədinə 2 dəfə əsaslı reformlar olunub.Bu bizə imkan verir ki xaricdən gələn çağırışlara müvafiq cavabverək. Bu çağırışlar indi də davam edir.

Trend xəbərverir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin(BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev bu gün Bakıda“Konstitusiya - dövlətimizin müstəqilliyinin, suverenliyinin vəərazi bütövlüyünün qorunmasında mühüm hüquqi bazadır” mövzusundakeçirilən beynəlxalq konfransda deyib.

"Ən əsas problemimizi - Qarabağ məsələsini həll etdik.Prezidentimizin apardığı xarici siyasət, ordu quruculuğu sayəsindəbiz buna nail ola bildik.

Bizim birinci Qarabağ müharibəsində işğala məruz qalmağımız əsassəbəb 3-cü dövlətin Ermənistana yardımı olub. Bu məsələ ilə bağlımüvafiq işlər aparıldı və bu faktor aradan götürüldü. İkincisi isədaxili sabitlik idi. 1992 və 1994 cü illər arasında 3 dəfəhakimiyyət dəyişdi. Belə bir şəraitdə biz bu torpaqları itirdik.1995 ci ildə konstitusiyamızın qəbulu, Azərbaycanda davamlı olaraqhakimiyyətin möhkəmlənməsi vacib faktordur. İndi də biz bunu davametdirməliyik.

Hazırda Azərbaycan ətrafında bəzi hadisələr baş verir.Birincisi, Rusiya- Ukrayna, Yaxın Şərqdəki hadisələr, digəri isəyeni ABŞ administrasiyasının hakimiyyətə gəlməsi, qlobalçağırışlardır. Bu üç çağırışlar bu və ya digər formada Azərbaycanatəsir göstərəcək. Buna cavab olaraq ancaq Azərbaycanın daxilisabitliyinin möhkəmlənməsi, iqtisadi potensialın artırılması və buvə digər formada konstitusiya və qanunvericilik aktlar vacib roloynayır".

Seçilən
0
az.trend.az

1Mənbələr