AZ

Deputat: “Azərbaycan və İran arasında ticarət dövriyyəsində gələcəkdə növbəti artımları müşahidə edəcəyik”

“İran-Azərbaycan arasındakı ticarət dövriyyəsində son illər artım müşahidə olunur. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 38% artıb. Rusiya, Çin və Türkiyə ilə müqayisədə İranla ticarət dövriyyəmiz kiçikdir. Təbii ki, trend bundan xəbər verir ki, artım dinamikası var. Hətta son beş ildə də İran-Azərbaycan arasındakı ticarət dövriyyəsinin bir neçə dəfə artmasını müşahidə edirik. Potensial böyükdür, lakin tam olaraq istifadə olunmur”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

 

Deputatın sözlərinə görə, potensialdan daha geniş istifadə vacib məqamlardandır: “Sözsüz ki, bununla yanaşı imkanlar mövcuddur. İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri zamanı da həm infrastruktur layihələrində iştirak, həm nəqliyyat-loqistikada əməkdaşlıq və digər istiqamətlərdə potensial imkanlar müzakirə olundu, qiymətləndirildi. Güman olunur ki, Azərbaycan və İran arasında ticarət dövriyyəsində gələcəkdə növbəti artımları müşahidə edəcəyik. Bu isə xüsusən nəqliyyat-loqistika sahəsində daha sıx əməkdaşlığa imkanlar açacaq”.

 

Aytəkin Qardaşova

Tarix: 1 May 2025, 11:33   
Seçilən
0
1
pravda.az

2Mənbələr