AZ

İlon Mask ABŞ adminstrasiyası ilə vidalaşıb

ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri, milyarder İlon ABŞ administrasiyasında daha işləməyəcəyini bildirib...

Poliqon xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.

“Mən sadəcə olaraq hər kəsə təşəkkür etmək istəyirəm. Sizinlə işləmək mənim üçün şərəf idi, ona görə də hər şey üçün təşəkkür edirəm”, deyə Mask aprelin 30-da Trampın sədrliyi ilə keçirilən ABŞhökumətinin iclasında deyib.

Buna cavab olaraq ABŞ prezidenti Donald Tramp ona köməyə görə təşəkkür edib, milyarderin “həqiqətən çox fədakarlıq etdiyini” və “ona qarşı çox ədalətsiz davranıldığını” vurğulayıb.

“Elədir, onlar mənim avtomobillərimi yandırmağı xoşlayırlar, bu çox da xoş deyil”, deyə Mask DOGE-dəki işinə görə “Tesla” avtomobillərinin yandırılmasına toxunaraq Trampa cavab verib.

Tramp “insanların böyük əksəriyyətinin həqiqətən də Maska hörmət etdiyini və qiymətləndirdiyini” vurğulayıb və Maska “istədiyi qədər” komandasında qala biləcəyini bildirib.

Poliqon.info

Seçilən
0
poliqon.info

1Mənbələr