“AzMİU məzunlarının 80%-i universiteti bitirdiyi il işlə təmin olunur".
AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Təcrübə və Karyera Mərkəzinin direktoru Xanlar Qəniyev bildirib.
Onun sözlərinə görə, AzMİU-da hər il təxminən 1400-dən çox bakalavr, 400-dən çox isə magistratura səviyyəsində tələbə məzun olur:
"Aparılan araşdırmalara əsasən, bu məzunların 80 faizi universiteti bitirdiyi il işlə təmin edilir".