Azərbaycanın U17 yaş qrupu üzrə güləşçiləri Türkiyədə turnirdə güclərini sınayacaqlar.
Sabah Türkiyənin Antalya şəhərində güləş üzrə Zəfər kubokuna start veriləcək.
Operativ Media xəbər verir ki, U17 yaş qrupu üzrə keçiriləcək ənənəvi yarışda qızlardan ibarət komandamız mübarizə aparacaq.
Üç gün davam edəcək turnirdə böyük məşqçilər Rövşən Umudovla Həsrət Məmmədyarovun rəhbərliyi altında 9 güləşçi uğur qazanmağa çalışacaq:
40 kq Günel Quliyeva
46 kq Nəzrin Əhmədli
49 kq Xədicə Qurbanzadə
53 kq Fatimə Bayramova
53 kq Xədicəxanım Talıbova
57 kq Ülviyyə Musayeva
61 kq Esra Məmmədli
65 kq Fidan Babayeva
69 kq Milana Bağırzadə
Zəfər kubokunda III dərəcəli beynəlxalq hakim Elxan Həmidzadə ədaləti qoruyacaq.