BAKI, 1 may. TELEQRAF
Mənzil Təsərrüfat və Abadlaşdirma İdarəsi (Dövlət Müəssisəsi) Mingəçevir şəhərində Mənzil Fondunu əsaslı təmir etdirəcək.
Teleqraf xəbər verir ki, qurum bu iş üçün 994.505,81 manat vəsait xərcləməyi planlaşdırır.
Qeyd edək ki, müvafiq işlər üzrə tender elan edilib və təklilərin son təqdumolunm tarixi mayın 23-dür.
Xatırladaq ki, qurum ötən ilin noyabrında da sözügedən Fondun əsaslı təmiri üçün tender elan etmişdi. Onun ehtimal edilən dəyəri isə 434.779,15 AZN olub.