AZ

İranda zəlzələ olub, 19 nəfər yaralanıb



İranın Xorasan Rezəvi əyalətinin Raştxar şəhərində baş verən zəlzələ nəticəsində 19 nəfər yaralanıb.

Newscenter.az-ın məlumatına görə, “Report” İRNA-ya istinadən xəbər verir ki, bunu əyalətin böhranlı vəziyyət idarəsi üzrə baş direktoru Seyid Məsud Yavəri bildirib.

Onun sözlərinə görə, Taybad, Qonabad, Zavə və Torbat-Heydəriyə şəhərlərinin sakinləri də zərər çəkiblər. Bildirilib ki, ən çox xəsarət alan və ziyan dəyən Torbat-Heydəriyyənin sakinləridir.

Baş direktor deyib ki, zərərçəkənlərin sayının artacağı ehtimalı olsa da, xəsarət alanların hamısının vəziyyəti yaxşıdır.

Məlumata görə, zəlzələ 10 km dərinlikdə, Raştxar şəhərindən 12, Dövlətabaddan (Zavə) 23, Torbat-Heydəriyyədən 43 km aralıda baş verib.

Qeyd edək ki, Raştxarın 61 min əhalisi var. O, Məşhəddən 199 kilometr cənubda yerləşir.
Seçilən
0
4
newscenter.az

5Mənbələr