AZ

Ondan narazıdırlar: Kremlin nazı ilə çox oynayır

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun fəaliyyəti Vaşinqtonda bəzilərinin narazılığına səbəb olub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "The New York Post" Ağ Evdəki mənbələrə istinadla yazır.

Qeyd olunur ki, bəzi administrasiya əməkdaşları Uitkoffun son dövrlərdəki Moskva səfərlərindən heç də razı deyil. 

“Yaxşı insandır, amm axmaqlıq edir. Bu işi təkbaşına görməməlidir”, - deyə Ağ Ev rəsmilərindən biri jurnalistlərə bildirib.

Ekspertlər hesab edirlər ki, Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara gedən şəxsin yanında Rusiya üzrə təcrübəli bir qrup olmalı idi.

Demokratiyaların Müdafiəsi Fondunun Rusiyadakı bölməsinin rəhbəri bildirib ki, belə görüşlərdə təcrübəli komanda üzvlərinin olması çox vacibdir.

Xatırladaq ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bir neçə gün əvvəl Kremlin Stiven Uitkoffu qəbul etdiyini açıqlamışdı.

Görüş üç saat çəkib və Uşakovun sözlərinə görə, “konstruktiv və faydalı” keçib.

Seçilən
0
cebheinfo.az

1Mənbələr