BAKI, 1 may. TELEQRAF
Abşeron rayonunun Xırdalan şəhərində yanğın olub.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ikimərtəbəli ticarət mərkəzinin 2-ci mərtəbəsində 12 otağın (mebel satışı mağazası, server otağı, anbar və mətbəx kimi fəaliyyət göstərir) və dəhlizin yanar konstruksiyaları 120 m² sahədə yanıb.
Yüksək temperaturdan polikarbonatdan ibarət dam örtüyü 10 m² sahədə əriyib. Bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.