AZ

Mərkəzi Bank Xaçmazda səyyar görüş keçirəcək

Bakı, 1 may, AZƏRTAC

Mərkəzi Bankı tərəfindən maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsinin möhkəmləndirilməsi çərçivəsində səyyar vətəndaşla görüşlərin keçirilməsi davam edir.

Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, növbəti səyyar görüş mayın 7-də Xaçmaz rayonunda keçiriləcək.

Görüş Xaçmaz, Quba, Qusar, Siyəzən, Şabran inzibati rayonlarında yaşayan vətəndaşları əhatə edəcək. Görüş zamanı Mərkəzi Bankın nümayəndələri tərəfindən vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətlərinin araşdırılması və cavablandırılması üzrə zəruri dəstək göstəriləcək.

Görüşə dair müraciətləri Mərkəzi Bankın 966 - Qaynar xətti və +994 55 966 19 66 vatsap nömrəsi vasitəsilə ünvanlamaq mümkündür.

Seçilən
0
1
azertag.az

2Mənbələr