AZ

Mahir Emreli Bundesliqada oynamaq istəyir

“Nürnberq”də çıxış edən Azərbaycan millisinin  hücumçusu Mahir Emreli gələcək karyerası ilə bağlı qərarını verib.

İdmanxeber.az-a verilən məlumata görə, təcrübəli futbolçu karyerasını daha yüksək səviyyəyə daşımaq istəyir.  25 yaşlı yarımmüdafiəçinin əsas hədəfi Bundesliqada forma geyinməkdir. O, bu barədə “Nürnberq” rəhbərliyini də məlumat verib.

Emreli cari mövsüm II Bundesliqada komandasının heyətində meydana çıxdığı 21 oyunda 6 qol vurub, 3 assist edib. Onun klubu ilə müqaviləsi yayda başa çatacaq.

 

Seçilən
0
idmanxeber.az

1Mənbələr