AZ

Rusiya XİN-dən Ermənistana xəbərdarlıq

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Aİİ müqaviləsini pozmasının nəticələrini şərh edib...

Poliqon xəbər verir ki. bu barədə “RİA Novosti” Agentliyinə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Aqasandyan danışıb.

Aqasandyan qeyd edib ki, Aİİ Ermənistan tərəfindən ittifaq müqaviləsini pozduğu halda üzv dövlətlərin maraqlarını qorumaq üçün beynəlxalq hüquqi sənədlərə malikdir.

“Əgər İrəvan Aİİ qanunvericiliyinə zidd addımlar atsa və bunun baş verməyəcəyinə ümid edirik, amma başqa sözlə, Aİİ haqqında Müqaviləni mahiyyətcə pozacaqsa, bizdə assosiasiyaya üzv olan digər dövlətlərin maraqlarını qorumaq üçün lazımi beynəlxalq hüquqi mexanizmlər var”, deyə Aqasandyan bildirib.

Rusiya XİN rəsmisi qeyd edib ki, Ermənistan heç vaxt açıq şəkildə və ya ikitərəfli təmaslar zamanı Müqavilədən çıxmaq niyyətini bəyan etməyib, əksinə, ittifaq çərçivəsində danışıqlarda fəal iştirak edir ki, bu da onun Avrasiya inteqrasiyasının inkişafında maraqlı olduğunu təsdiqləyir.

Poliqon.info

Seçilən
0
1
poliqon.info

2Mənbələr