AzVision.az xəbər verir ki, Çin Xalq Respublikasının Dövlət İnformasiya bürosu koronavirusun Çində yaranmadığını iddia edən Ağ kitab buraxıb. SənəddəABŞ-nin Xəstəliklərə Nəzarət mərkəzlərinin və Milli Sağlamlıq institutlarının 2019-cu ilin sonunda Uhanda baş verməmişdən əvvəl də Amerikadayoluxma hallarını göstərən məlumatlara istinad olunur.
Ağ kitabda Florida ştatına xüsusi diqqət yetirilir. Rəsmi olaraq ilk hal 2020-ci il martın 1-də orada qeydə alınıb. Hərçənd, açıq mənbələr infeksiyaların artıq yanvar ayında mövcud olduğunun göstərir. Üstəlik, virusa yoluxanların əksəriyyətinin xaricdə olmadığına diqqət çəkilir. Çin həmçinin Amerikada əsas məlumatların silindiyini və məlumatları emal edən əməkdaşın işdən çıxarıldığını da iddia edir.
Çində dərc olunan Ağ kitab bəzi mühüm məsələdə dövlətin mövqeyini əks etdirən rəsmi sənəddir.
Qeyd edək ki, aprel ayında ABŞ bir daha Çini pandemiyaya səbəb olan virusun laboratoriyadan sızmasında ittiham edib. Ağ Ev arqument kimi virusun qeyri-adi bioloji xüsusiyyətlərini, vahidinfeksiya mənbəyini, Çindəki Uhan laboratoriyasındakı təhlükəsizlik pozuntularını və 2019-cu ilin payızında işçilər arasında xəstəlik hallarını göstərib.
Bu ittihamları rədd edən Çin hökumətikoronavirusun mənşəyini öyrənməyə davam etdiyini bildirir.
Koronavirus pandemiyası nəticəsində yoluxanların və dünyasını dəyişənlərin statistikası ötən ilin aprel ayına kimi saxlanılıb. O vaxta qədər dünyada bu infelsiyaya yoluxmuş təxminən 705 milyon insandanyeddi milyonu dünyasını dəyişmişdi.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta