AZ

Ronaldodan meydanda qəribə HƏRƏKƏTLƏR

Kriştiano Ronaldonun çıxış etdiyi "Al Nassr" komandası Asiya Çempionlar Liqasının yarımfinal mərhələsində Yaponiyanın "Kawasaki Frontale" klubuna 2:3 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb. Səudiyyə Ərəbistanında yerləşən Kral Abdullah İdman Şəhərciyində keçirilən oyunda qonaq komandanın qollarını 10-cu dəqiqədə Tatsuya Ito, 41-ci dəqiqədə Yuto Ozeki və 76-cı dəqiqədə Akihiro Ienega vurub. "Al Nassr" isə bu qollara yalnız 28-ci dəqiqədə Sadio Mane və 87-ci dəqiqədə Ayman Yahya ilə cavab verə bilib.

Yenisabah.az sondakika-ya istinadən xəbər verir ki, matçdan sonra Kriştiano Ronaldonun davranışları diqqət çəkib. Ulduz futbolçu məğlubiyyətdən sonra özü ilə mübahisəyə başlayıb. Portuqaliyalı hücumçunun əl-qol hərəkətləri edərək özünü günahlandırması kameralara düşüb./BAKU.WS 


Telegram kanalımız
Seçilən
0
yenisabah.az

1Mənbələr