Mayın 1-nə keçən gecə Rusiya işğalçı qüvvələri “Şahid” tipli pilotsuz təyyarələrlə Odessaya zərbələr endirib. Şəhərdə partlayış səsləri eşidib. Hücum nəticəsində mülki infrastruktura, o cümlədən yaşayış binalarına ciddi ziyan dəyib. İki nəfər ölüb, 15 nəfər yaralanıb. Bu barədə Odessa meri Gennadi Truxanov Telegram kanalında məlumat verib:- “Təxminən saat 1:00-dən başlayaraq şəhərdə partlayış səsləri eşidildi!.Odessanın mərkəzinin, eləcə də Hacıbəy rayonunun sakinlərinə təhlükə barədə xəbərdarlıq edib. Bəzi yerlərdə yanğınlar baş verib”.
Surxay Əliyev