AZ

Rafinya Messinin rekorduna çatdı

BAKI, 1 may. TELEQRAF

İspaniyanın "Barselona" klubunun futbolçusu Rafinya UEFA Çempionlar Liqasının yarımfinalında evdə İtaliya "İnter"i ilə oyunda (3:3) məhsuldar ötürmə edib.

Teleqraf xəbər verir ki, 28 yaşlı braziliyalı üçün bu, Avropa turnirinin cari mövsümündə 20-ci qol hərəkəti olub.

Rafinya əvvəllər Lionel Messiyə (19) məxsus olan 2011/2012 mövsüm rekordunu qırıb.

Qeyd edək ki, Çempionlar Liqasında ən yüksək xal "Real Madrid"in sabiq futbolçusu Kriştianu Ronalduya məxsusdur. O, 2013/2014 mövsümündə 21 qol hərəkəti edib.

Seçilən
0
teleqraf.com

1Mənbələr