BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi bildirib ki, İsrailin davam edən zərbələri, blokadaları və sərhədlərin bağlanması səbəbindən Qəzza zolağında fələstinli körpələrin 92%-i əsas qidadan məhrumdur.
Herbiand.az xəbər verir ki, yayılan yazılı açıqlamada, sərhədlərin bağlanması və humanitar yardımın olmaması səbəbindən aprel ayında ac qalan, xəstələnən və qida çatışmazlığından müalicə alan uşaqların sayının mart ayı ilə müqayisədə 80% artdığı bildirilib.
Qeyd olunur ki, 6 aydan 24 aya qədər olan uşaqların 92%-nin anaları ilə birlikdə əsas qidaya belə minimal çıxışı yoxdur.
Sənəddə belə bir vəziyyətin körpələr üçün ciddi və ömürlük sağlamlıq risklərinə səbəb ola biləcəyi vurğulanır.
Qəzzalıların 65%-nin təhlükəsiz içməli suya çıxışı olmadığı da bildirilir.