AZ

ABŞ və Çin danışıqlar aparır- Donald Tramp

ABŞ və Çin nümayəndələri ticarət sazişi üzrə danışıqlar aparır. Vətəninfo.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə administrasiyasının rəhbərliyi ilə görüşü zamanı bildirib.

“Ümid edirəm ki, nə vaxtsa razılaşma əldə olunacaq. Biz Çinlə danışıqlar aparırıq”, – Tramp bildirib.

O, Çinə və onun lideri Si Cinpinə müsbət münasibət bəslədiyini qeyd edib.

“Prezident Xi xoşuma gəlir. Gəmilər mallardan imtina etdikləri üçün yönləndirilir, tariflərə görə almırlar. Bütün Çində fabriklər bağlanır, çünki onların məhsullarına ehtiyacımız yoxdur”, – Tramp deyib.

Aprelin 2-də Tramp digər ölkələrdən idxal olunan mallara qarşılıqlı tariflərin tətbiqi ilə bağlı sərəncam imzalayıb. Onların minimum dərəcəsi 10 faizdir və tarazlığa nail olmaq üçün ABŞ-ın həmin ölkələrlə ticarət indeksi əsasında hesablanmış 57 ölkə üçün artan dərəcələr aprelin 9-da qüvvəyə minmişdir. Daha sonra ABŞ prezidenti bəyan edib ki, 75-dən çox ölkə cavab tədbirləri görməkdən çəkinib və danışıqlar aparmağı təklif edib. Müvafiq olaraq, Çin istisna olmaqla, bütün ölkələrə 90 gün ərzində 10% tarif dərəcəsi tətbiq ediləcək.

Bir müddət sonra ABŞ və Çin bir-birinə 125% tarif tətbiq etdiyini açıqladı. Birləşmiş Ştatlar Çini sintetik narkotiklərlə kifayət qədər mübarizə aparmamaqda günahlandıraraq, ona qarşı daha 20% rüsum tətbiq edib.

Seçilən
0
veteninfo.az

1Mənbələr