AZ

Təbii sərvətlər sövdələşməsindən sonra ABŞ Ukraynaya silah verəcək

ABŞ Ukrayna ilə təbii sərvətlərlə bağlı müqavilə imzaladıqdan sonra Kiyevə 50 milyon dollar dəyərində silah verəcək.

Herbiand.az xəbər verir ki, bu barədə Ukraynanın “Kyiv Post” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Təchizat birbaşa satış yolu ilə həyata keçiriləcək. Nəşrin qeyd etdiyi kimi, bu, Donald Trampın ABŞ prezidenti kimi fəaliyyətə başlamasından sonra belə bir əməliyyat üçün ilk icazədir.

Əvvəlki yardımdan fərqli olaraq, yeni təchizatlar kommersiya əsasında həyata keçiriləcək. Nəşr bu halda hərbi yardımı ABŞ-ın Ukrayna ilə ümumi investisiya fonduna töhfəsi kimi hesab etməyə imkan verən faydalı qazıntılar üzrə sövdələşmə mexanizmindən istifadə edilib-edilməyəcəyini dəqiqləşdirmir.

Kiyevə verilməli olan xüsusi silah növlərinin adı açıqlanmır.

Seçilən
0
9
herbiand.az

10Mənbələr