“Bavariya”nın müdafiəçisi Erik Dayer tezliklə “Monako”nun futbolçusu olacaq.
İdmanxeber.az-ın məlumatına görə, 31 yaşlı ingilis futbolçu ilə 2028-ci ilin yayına qədər müqavilə imzalayıb. O, yeni klubuna mövsüm sonu – Münhen klubu ilə müqaviləsi başa çatdıqdan sonra keçəcək.
Dayer 2024-cü ilin yayından “Bavariya”da çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 25 oyun keçirib, 2 qol vurub və məhsuldar ötürmə edib.
“Transfermarkt” portalı futbolçunun bazar dəyərini 8 milyon avro qiymətləndirir.