
Zəngilan rayonunun Ağalı kəndində keçirilən Aqrar Biznes Festivalı, işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafına dəstək məqsədi daşıyırFestivalda kənd təsərrüfatı məhsulları və texnologiyaları sərgilənib, fermerlərə müasir suvarma sistemləri və innovativ texnologiyalar təqdim olunub.
Tədbirdə Türkiyənin “Sapmaz Havacılık və İleri Teknolojiler” şirkətinin mütəxəssisləri tərəfindən çiləyici dronların istifadəsi üzrə təlimlər keçirilib.
Festival çərçivəsində kredit yarmarkası və maliyyə mexanizmlərinə dair panel müzakirələr təşkil olunub, iştirakçılara sertifikatlar və dron sürücülük vəsiqələri təqdim edilib.
Festival həmçinin yerli və beynəlxalq mütəxəssislərin bilik və təcrübə paylaşımı üçün mühüm platforma rolunu oynayıb. Gənc tədqiqatçılar və tələbələr üçün təşkil edilən “Bootcamp” sessiyalarında süni intellekt və aqrar texnologiyalar mövzusunda maarifləndirici tədbirlər həyata keçirilib.✍️"Ulusum".az
Diqqət Çəkənlər
Sima Acan – Kanadada seçilmiş ilk türk əsilli deputat oldu
Oliver Stoun: Son üç ildə Qərbdən məyus oldum
Qəzzada Aclıq Səssizcə Öldürür: İcma Mətbəxləri Bağlanmaq Üzrədir - FOTO - VİDEO