...Estoniya hakimiyyəti rusiyalı müğənni Kristina Orbakaitenin konsertini qadağan etmək üçün heç bir səbəb tapmayıb.
SİA xəbər verir ki, bu barədə TASS agentliyi Estoniya Mədəniyyət Nazirliyinin kommunikasiyalar üzrə müşaviri Hannus Luureyə istinadən məlumat yayıb.Rəsminin qeyd etdiyi kimi, xüsusi hərbi əməliyyat başladıqdan sonra ölkəni tərk edən Rusiyanın əməkdar artisti Orbakaytenin çıxışı planlaşdırıldığı kimi, mayın 25-də Tallinndə baş tutacaq.
...Araşdırma aparıldı, onun nəticələri göstərdi ki, Orbakaitenin ölkəyə girişinə qadağa qoyulması üçün heç bir əsas tapılmayıb. Biz konsertin təşkilatçıları ilə əlaqə saxlayırıq, bu baş tutacaq, - Luure bildirib.
Bundan əvvəl məlum olub ki, Alla Puqaçovanın qızının Latviyaya girişi “Dövlət Təhlükəsizlik Xidmətinin narahatlığı” səbəbindən qadağan edilib.
Nazlı Almuradova