AZ

Bu pendir markası saxtadır – Diqqətli olun

Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi “Təqlid edilmiş və ya saxtalaşdırılmış qidalar” siyahısı vasitəsilə sağlamlığa təhlükə yaradan məhsulları bir-bir ifşa etməkdə davam edir.

Tribunainfo.az xəbər verir ki, yenilənmiş siyahıda marketlərdə satılan pendir markası diqqət çəkib.

Mövzu ilə bağlı şirkətdən verilən açıqlamada sözügedən məhsulun bazarlarda satılmadığı və evdən kənar istehlak üçün istehsal edildiyi, eyni zamanda sözügedən məhsulda saxtakarlığın olduğu bildirilib.

Belə ki, Yenilənmiş “Təqlid edilmiş və ya qatqılı qidalar” siyahısında bir çox zeytun yağı, bal, ət və küftə məhsulları aşkar edilərkən, siyahıda ən çox diqqət çəkən məhsul “Ekiciler Süd Qida Kənd Təsərrüfatı Heyvandarlıq Sənaye və Ticarət A.Ş.” şirkətinə aid “Ekici Tam Yağlı Pendir (Üçbucaqlı Pendir)” olub.

Sözügedən pendirin az yağlı olduğu müəyyən edilib.

Dəniz Pənahova

Seçilən
0
tribunainfo.az

1Mənbələr