AZ

Alonso gedir: Yerinə kim gələcək?

“Bayer”in baş məşqçisi vəzifəsinə Xabi Alonsonu əvəz edə biləcək iki namizədi müəyyənləşdirib.

İdmanxeber.az-ın məlumatına görə, Leverkuzenin klubunun siyahısında “Barselona”nın keçmiş baş məşqçisi Xavi və “Mançester Yunayted”in sabiq çalışdırıcısı Erik ten Haq  var. Sonuncu alman dilini bildiyi üçün bu vəzifəyə əsas namizəd ola bilər.

Daha əvvəl “Bayer”in hazırkı baş məşqçisi Xabi Alonsonun “Real”la müqavilə imzalamağa yaxın olduğu bildirilirdi.

31 turdan sonra “Bayer” Bundesliqada 67 xalla lider “Bavariya”dan 8 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.

Seçilən
0
idmanxeber.az

1Mənbələr