“Leykers”in məşhur və mərhum basketbolçusu Kobi Brayantın forması “Sotheby's” hərrac evinin Nyu-Yorkda təşkil etdiyi hərracda 7 milyon dollara satılıb.
"Football-plus.az" xəbər verir ki, bu formanı Kobi debüt mövsümündə (1996/97) geyib. 18 yaşlı basketbolçu ilk matçda cəmi 6 dəqiqə meydanda olmuş və xal qazanmamışdı.
Qeyd edək ki, bu, sabiq beysbolçu Beyb Rut, basketbolçu Maykl Cordan və argentinalı əfasanəvi futbolçu Dieqo Maradonanın formasından sonra satılan dördüncü ən bahalı idman geyimi olub.
Brayantın 2020-ci ildə helikopter qəzasında faciəvi şəkildə həyatını itirdiyini də xatırladaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta