BAKI, 1 may. TELEQRAF
Mayın 1-nə keçən gecə Rusiya ordusu pilotsuz təyyarələrlə Ukraynanın Odessa şəhərinə hücum edib.
Teleqraf Unian.net-ə istinadən xəbər verir ki, nəticədə iki nəfər ölüb, beş nəfər yaralanıb.
Şəhərin meri Oleq Kiper bildirib ki, aviazərbələr nəticəsində evlər, supermarket, məktəb və avtomobillərə ziyan dəyib.