AZ

Hindistan-Pakistan sərhədində atəşkəs pozuldu

BAKI, 1 may. TELEQRAF

Hindistan Cammu və Kəşmirin sərhəd bölgəsində Nəzarət Xətti boyunca Pakistan tərəfindən atəşkəs rejiminin növbəti dəfə pozulması barədə məlumat yayıb.

Teleqraf xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi polkovnik-leytenant Sunil Bartval bildirib.

"2025-ci il aprelin 30-dan mayın 1-nə keçən gecə Pakistan Ordusunun postları Cammu və Kəşmirin sərhəddi boyunca səbəbsiz atəş açıb", - Bartval qeyd edib.

O, Hindistan qoşunlarının buna cavab verdiyini açıqlayıb.

Seçilən
0
teleqraf.com

1Mənbələr