AZ

Konfrans Liqası: “Çelsi” İsveç səfərində

BAKI, 1 may. TELEQRAF

Bu gün UEFA Konfrans Liqasında 1/2 final mərhələsinə start veriləcək.

Teleqraf xəbər verir ki, bu mərhələdə İspaniyanın “Real Betis” klubu İtaliya “Fiorentina”sını, “Yurqorden” isə İsveçdə İngiltərənin “Çelsi” komandasını qəbul edəcək.

Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, tərəflər arasında cavab oyunu mayın 8-də keçiriləcək.

UEFA Konfrans Liqası

1/2 final, ilk oyunlar

1 may

23:00. “Real Betis” (İspaniya) - “Fiorentina” (İtaliya)

23:00. “Yurqorden” (İsveç) - “Çelsi” (İngiltərə).

Seçilən
0
teleqraf.com

1Mənbələr