AZ

Türkiyə Netanyahunun təyyarəsi üçün öz hava məkanından istifadəyə icazə verdi

Türkiyə İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfər edəcək təyyarəsi üçün öz hava məkanından istifadəyə icazə verib.

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycan-İsrail Alyansı (AIA) məlumat yayıb.

 

"Benyamin Netanyahunun “Kanaf Zion” təyyarəsi mayın 7-də axşam saatlarında Azərbaycana gələcək", - məlumatda qeyd edilib.

 

Ötən gün “The Times of Israel” qəzeti İsrail Baş nazirinin mayın 7-də Bakıya gələcəyini bildirib.

Seçilən
0
senzor.az

1Mənbələr