AZ

Yasamalda kişi dəm qazından boğularaq öldü

Bakı sakini dəm qazından boğulub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Akim Abbasov küçəsi ev 7-də baş verib.

Həmin ünvanda yaşayan Şəhruz Faiq oğlu Tapdıqov mənzilin hamamında yuyunarkən dəm qazından boğulub.

Onun meyiti ailə üzvləri tərəfindən aşkar edilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
0
avtosfer.az

1Mənbələr